ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib

   12.04.2017

   Aprelin 10-da Bakı Xoreoqrafiya Akademiyasında Elmi Şuranın geniş tərkibli iclası keçirilib. İclası giriş sözü ilə açan şuranın sədri, rektor, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Elmi Şuranın üzvü, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevi Rusiya Rəssamlıq Akademiyası yanında V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunda ali məktəbin fəxri professoru adına layiq görülməsi münasibəti ilə şura üzvləri və Akademiyanın professor-müəllim heyəti adından təbrik etdi. Daha sonra rektor Azərbaycanda dövlət səviyyəsində bədii təhsilə, ələlxüsus da xoreoqrafiya təhsilinə və ümumilikdə klassik və milli rəqs sənətlərinə göstərilən diqqət akademiya qarşısında duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşmanı və əlavə olaraq planlı şəkildə elm, təhsil və yaradıcılıq işlərinin görülməsini zəruriliyini qeyd etdi.
    Akademiyanın Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli “Sənətşünaslıq: bədii irsin üslub istiqamətləri” mövzusunda elmi məruzə ilə çıxış etdi.
    İclasda 2017/2018-ci tədris ilində Akademiyanın orta ixtisas (kollec) və ali təhsil pillələrinə yeni ixtisaslar üzrə qəbulla bağlı görülən işlər barədə məlumat verildi.
    2016/2017-ci tədris ili üçün buraxılış diplom işlərinə hazırlığın gedişatı barədə Beynəlxalq əlaqələr üzrə prorektor, xalq artisti Təranə Muradova və bədii rəhbər, xalq artisti Kamilla Hüseynovanın hesabatı dinlənildi.
    İclasda həmçinin Milli rəqslər kafedrasının və İctimai fənlər kafedrasının illik hesabatı da kafedra müdirləri - əməkdar artist Sənan Hüseynli və professor Maral Manafova tərəfindən səsləndirildi.
    Eyni zamanda cari il ərzində Akademiyanın şagird və tələbələrinin beynəlxalq müsabiqə və festivallarda uğurlu çıxışları haqqında elmi katib Dinara Əliyevanın məlumatı dinlənildi. İclas gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirildi.