ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında görkəmli Azərbaycan balet ustasının yubileyi qeyd edilib

   12.12.2016

   8 dekabr tarixində Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şurasında Azərbaycan xoreoqrafiya sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, baletmeyster, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordeni kavaleri Tamilla Şirəliyevanın 70 illik yubileyi qeyd olundu. Şuraya sədrlik edən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev balet ustasının həyat və yaradıcılıq yolu haqqında söz açaraq, Tamilla Şirəliyevanın Azərbaycan incəsənətindəki misilsiz xidmətlərindən, dünya balet xəzinəsinə bəxş etdiyi töhfələrdən danışdı. Rektor qeyd etdi ki, Azərbaycan xalqına məxsus milli-mədəni zənginliklərinin və incəsənətinin, həmçinin milli xoreoqrafiya sahəsində əldə etdiyi nailiyyətlərin qorunub saxlanması, təbliği və tədrisi istiqamətində Tamilla Şirəliyeva uzun illərdən bəri uğurla fəaliyyət göstərir. Onun Azərbaycan milli balet səhnəsində yaratdığı obrazlar, canlandırdığı rollar Azərbaycan milli mədəniyyətinə misilsiz ərməğandır. Bakı Xoreoqrafiya Akademiyasında çalışdığı dövrdə ölkəmizdə gənc nəslin mədəniyyətə, incəsənətə, ələlxüsus da xoreoqrafiya sahəsinə cəlb olunması, gənc nəslin ən istedadlı nümayəndələrinin peşəkar balet ustası yetişməsindəki fəaliyyəti də təqdirə layiqdir.
    Daha sonra “Azərbaycan milli xoreoqrafiya sənətinin inkişafı sahəsində böyük xidmətləri və Bakı Xoreoqrafiya Akademiyasında uzunillik məhsuldar pedaqoji fəaliyyətinə görə” Tamilla Xudadat qızı Şirəliyeva Bakı Xoreoqrafiya Akademiyasının Fəxri Diplomu ilə təltif edildi. Yubilyara xatirə hədiyyəsi qismində əl ilə toxunmuş Quba xalçası hədiyyə olundu.