||   ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   ƏLAQƏ   













  TƏDRİS PROSESİ




Akademiyanın 1-4-cü siniflərə (klassik rəqs bölməsinə hazırlıq kurslarına) 6-10 yaşlı; klassika şöbəsinə – orta ümumtəhsil məktəbinin 4-cü sinfini bitirmiş 10-11 yaşlı; xalq şöbəsinə – orta ümumtəhsil məktəbinin 7-ci sinfini bitirmiş 13-14 yaşlı şagirdlər qəbul olunur.



Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti üzrə orta ixtisas (kollec) pilləsinə (I-III kurslara) ümumi orta təhsil pilləsini bitirmiş şagird və müxtəlif illərin məzunları qəbul olunur.



Akademiyaya ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsilli və orta ixtisas təhsilli şəxslərmüsabiqə yolu ilə qəbul olunurlar. Qəbul zamanı qiymətləndirmə imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.



Akademiyada magistratura səviyyəsinə bakalavr səviyyəsini bitirən şəxslər, ixtisasın sərbəst seçimi əsasında, TQDK tərəfindən həyata keçirilən imtahan nəticəsində qəbul olunurlar.



Magistr təhsili (və ya müvafiq beşillik təhsili) olan şəxslər Akademiyanın müvafiq struktur bölməsində elmi və elmi-pedaqoji hazırlıq keçirlər. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə elmi dərəcəni təsdiq edən dövlət nümunəli sənəd (diplom) verilir.



Akademiyada əlavə təhsil aşağıdakı istiqamətlərdə həyata keçirilir:
- ixtisasartırma;
- kadrların yenidən hazırlanması;
- stajkeçmə və kadrların təkmilləşdirilməsi;
- təkrar ali təhsil və orta ixtisas təhsili;
- dərəcələrin yüksəldilməsi.
Akademiyada əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir.


  MEDİATEKA
    
© 2017, Bakı Xoreoqrafiya Akademiyası.
Bütün hüquqlar qorunur.

Saytın hazırlanması: Proqres IPX